Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq bu il avqust ayının 1-nə milli valyuta ekvivalentində 13 milyard 963,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən QÜTB.AZ-a bildirilib ki, əmanətlərin 66,3 faizi milli, 33,7 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 14,6 faiz artıb.