28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Avstraliya söz verdi: Rusiya hesab verəcək

17 iyl 2024 13:00
GÜNDƏM
ads

Avstraliyanın xarici işlər naziri Penni Vong 2014-cü ildə Malayziya Hava Yollarının “MH17” reysini vurmasına görə Rusiyanı məsuliyyətə cəlb edəcəklərini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə 298 nəfərin həyatını itirdiyi “MH17” sərnişin təyyarəsinin vurulmasının ildönümü ilə əlaqədar keçirilən anım tədbirində açıqlama verib.

Vonq Rusiyaya qarşı ədalət axtarışlarını davam etdirəcəklərini qeyd edib: "Avstraliya hökuməti adından mən həqiqət, ədalət və 2014-cü il iyulun 17-də törədilən cinayətlərə görə cavabdehlik axtarışımızı bir daha təsdiqləyirəm. Biz Rusiyanı hesaba çəkmək əzmimizdən dönməyəcəyik".

Xatırladaq ki, bu hadisə 17 iyul 2014-cü ildə Ukrayna-Rusiya sərhədindən 40 kilometr aralıda baş verib. Ukrayna hadisədə Rusiyanı təqsirli bilsə də, Moskva bu iddiaları rədd edir.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur