01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Durovun həbsi ilə ABŞ seçkiləri arasında görün hansı əlaqə var

27 avq 2024 12:00
GÜNDƏM
ads

ABŞ prezidenti Co Bayden seçkilər ərəfəsində “Telegram” messencerinə nəzarəti ələ keçirmək istəyir.

QÜTB.AZ xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.

O, ABŞ-da total senzura, sosial şəbəkələrdə müşahidə və tabeçiliyi ənənəvi siyasi idarəetmə üsulları adlandırıb.

Volodin “Telegram”ın ABŞ-ın heç bir təsiri olmayan azsaylı və eyni zamanda ən böyük internet platformalarından biri olduğuna diqqət çəkib: “Bu messencer onları maraqlandıran bir çox ölkələrdə fəaliyyət göstərir. ABŞ prezident seçkiləri ərəfəsində Baydenin “Telegram”a nəzarəti ələ keçirməsi vacibdir. Əksər qlobal şəbəkələr ABŞ-da yaradılıb. Ağ Ev onlara nəzarət edir, lakin Birləşmiş Ştatlar hələ “Telegram”ı CIA və Dövlət Departamentinə məlumat verməyə və əvvəlcədən moderasiya aparmağa məcbur edə bilməz. Buna görə də Fransa vasitəsilə Durova qarşı ittiham irəli sürməyə çalışırlar”.

Duma sədri əlavə edib ki, “Telegram”ın fəal şəkildə fəaliyyət göstərdiyi və inkişaf etdiyi ölkələr hadisələrin mahiyyətini anlamalı və bu platformanın ABŞ tərəfindən idarə olunmasını istəyib-istəmədiklərini özləri qərar verməlidirlər.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam Bakıdan uçduğu Paris Le Burje hava limanında saxlanılıb. İş adamı enişdən bir neçə dəqiqə əvvəl federal axtarışa verilib. Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər.

Akqabay

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur