01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ-dan şok çağırış: Çinİ, Rusiyanı kənara qoyun, Türkiyəyə diqqət

18 yan 2024 06:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-ın iki aparıcı xarici siyasət jurnalı Türkiyə ilə bağlı təəccüblü təhlillər dərc edib.

Publika.az xəbər verir ki, “Foreign Affairs” jurnalındakı məqalə “Özünə şübhə edən super güc” adlanır. Məqalədə hələ də güclü ABŞ-ın beynəlxalq arenada ciddi rəqiblərinin olduğu vurğulanaraq Türkiyəyə diqqət çəkilir.

Fareed Zakaria tərəfindən yazılan məqalədə Türkiyənin 30 il əvvəlki illə müqayisədə bu gün daha zəngin və siyasi cəhətdən daha yetkin ölkə olduğu vurğulanıb:

"Dünyadakı yeni dinamikanı qiymətləndirmək üçün Çin və Rusiyanı bir kənara qoyub Türkiyəyə baxın. Bu ölkə güclü və populyar lider tərəfindən idarə olunur. Ən yüksək səviyyədə tələblər irəli sürüldükdə belə, ABŞ-a müntəzəm olaraq meydan oxuyur".

Digər siyasət jurnalı “National Interest”isə “Orta güclərin dövrü gəldi” başlıqlı məqalə dərc edib.

O yazıb ki, Türkiyə son zamanlar ABŞ və digər ölkələrin təzyiqlərinə boyun əymədən qlobal və regional məqsədləri istiqamətində hərəkət edib:

“Türkiyə Yaxın Şərqdə daha müstəqil və iddialı bir aktyora çevrilir, yüksək güc qütblərinin orta güc davranışına təsirini nümayiş etdirir”.

Türkiyənin Yaxın Şərq, Cənubi Qafqaz, Orta Asiya və Afrikadakı fəaliyyəti, Ukrayna-Rusiya və Fələstin-İsrail məsələlərində fəal rolu vurğulanıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur