Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar olub.
Publika.az xəbər verir ki, "Tesla Inc" şirkətinin rəhbəri Elon Musk siyahıya liderlik edir.
Maskın bu il sərvəti "Tesla" səhmlərinin dəyərinin 105% artması (ikiqat) sayəsində 95,4 milyard dollar artaraq 232,3 milyard dollar olub. Nəticədə o, bir il əvvəl reytinqdə birinci yeri tutan fransız milyarder Bernard Arnonu geridə qoyub.
Arnon dünyanın ən böyük lüks mallar istehsalçısı LVMH Moet Hennessy Louis Vuitton SA-ya rəhbərlik edir. Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artımını məhdudlaşdırıb, şirkətin səhmləri bu il 8,4% bahalaşıb.
Hazırda Maskın sərvəti Arnonun (178,9 milyard dollar) sərvətini 50 milyard dollardan çox üstələyir. "Amazon.com Inc"-in təsisçisi Jeff Bezosun bu il sərvəti 70 milyard dollar artıb. Hazırda o, Arnon ilə eyni sıranı paylaşır.
"Microsoft" Korporasiyasının təsisçisi Bill Qeyts 140,511 milyard dollara, "Microsoft"un keçmiş baş direktoru Stiv Balmer isə 130,529 milyard dollara sahibdir.
Qeyts və Balmer "Bloomberg"in milyarderlər siyahısında ilk beşlikdə qərarlaşıb.
Cəmilə