03.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Azad edilmiş ərazilərə indiyədək 85 min sərnişin daşınıb

30 may 2025 18:01
GÜNDƏM
ads

İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, hazırda 11 müxtəlif istiqamət üzrə müntəzəm marşrut xətləri fəaliyyət göstərir.

Qutb.az xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə indiyədək təqribən 85 000 sərnişin daşınması təmin edilib:

“Fərdi minik avtomobilləri ilə hesabat dövrünədək “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) istifadə etməklə, ümumi sayı 1 milyon 463 minə yaxın şəxsin səfər üçün müraciətləri təsdiq olunub. Şuşa və Laçın şəhərlərinə, həmçinin Suqovuşan qəsəbəsinə mövcud olan istiqamətlər ilə yanaşı, cari ilin 20 may tarixindən etibarən vətəndaşlara sözügedən portaldan istifadə etməklə Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Zəngilan rayonlarına da fərdi minik avtomobilləri ilə səfər etmələri üçün şərait yaradılıb”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur