Braziliya Qayana ilə sərhədə əlavə iki min hərbçi göndərəcək.
Publika.az xəbər verir ki, “Sərhəddəki vəziyyət bizi strateji planda nəzərdə tutulan bəzi dəyişiklikləri daha tez həyata keçirməyə məcbur edir”, - ölkə hökumətinin açıqlamasında deyilir.
Bildirilir ki, son aylarda Qayana ilə həmsərhəd Rorayma ştatında motoatıcı, zirehli texnika və artilleriya qüvvələrinin sayı demək olar ki, üç dəfə artırılıb.
Xatırladaq ki, hazırda Venesuela Qayananın Essekibo vilayətinə iddia edir və bu fonda bölgədə vəziyyət bir qədər gərginləşib.(oxu.az)