Şimali Karolina ştatının Monro şəhərindən olan Qlenda Honeycutt növbəti lotereyada iştirak etmək qərarına gələndə adi taktikasından istifadə edib. Amerikalı baqqal mağazasından bir dollar (89 rubl) dəyərində bilet alıb və tirajdan az sonra seçdiyi bütün nömrələrin uduşlu nömrələrə uyğun gəldiyini öyrənib.
Publika.az xəbər verir ki, bu barədə "NC Education Lottery" məlumat yayıb.
O, 265,1 min dollar məbləğində cekpot qazanıb. Qalibin sözlərinə görə, o, əvvəlcə gözlərinə inana bilməyib. Qadın nəvələrinin yaşlarına uyğun gələn nömrələrlə lotereya oynamaq taktikası sayəsində varlandığını səmimi şəkildə etiraf edib.
Cəmilə