10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Aksiyaya əcnəbilər və diplomatlar dəstək verib - Kobaxidze

05 okt 2025 13:00
DÜNYA
ads

Gürcüstanda konstitusiyalı quruluşu devirməyə yönəlmiş aksiyaya əcnəbilər və diplomatlar birbaşa dəstək verib.

 

Qutb.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu" Partiyasının ofisində keçirilən brifinqdə bildirib.

 

"Aksiyalarda zorakılıqlar edən şəxslər məsuliyyətdən qaça bilməyəcək. Heç kim cəzasız qalmayacaq, bizim cinayətkarları müəyyən etmək üçün hətta keçən il etdiyimizdən qat-qat çox resurslarımız var", - Kobaxidze vurğulayıb. O əlavə edib ki, artıq bir neçə nəfər saxlanılıb və daha çoxlarının müəyyən edilərək məsuliyyətə cəlb olunacağı gözlənilir.

 

Baş nazir qeyd edib ki, dövlət və hüquq-mühafizə orqanlarına qarşı törədilmiş zorakılıqlara görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verəcəklər: "Konkrekt adamlar, o cümlədən əcnəbilər və diplomatlar üzlərini göstərirlər. Bir daha hər kəsə xatırlatmaq istəyirəm ki, konkret strukturların nümayəndələri aksiyaya birbaşa dəstək veriblər. Buna baxmayaraq, bu gün susurlar. Cəmiyyət bunu görür".

 

Kobaxidze həmçinin dünən yaralanan polis əməkdaşlarından da danışıb. Onun sözlərinə görə, 15 polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətləri sabitdir və sağalırlar. Baş nazir xidmətdə olan hər bir polis əməkdaşına xüsusi dəstəyini çatdırıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur