Ötən gecə Rusiya ordusu Kiyevi yenidən raket atəşinə tutub. Hücum nəticəsində 10 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.
“Yaralıların sayı 10-a çatıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Qalanlarına həkimlər yerindəcə tibbi yardım göstəriblər. O cümlədən, paytaxtın Şevçenko rayonunda 6 nəfər xəsarət alıb. Dördü Svyatoşinskidədir”, - deyə o, teleqram kanalında məlumat verib.
Kliçko həmçinin bildirib ki, yaşayış binasındakı mənzilləri yanan sakinlər təxliyə olunub.
Cəmilə