Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.
QÜTB.AZ "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının "qadın qolu" sayılan PAJK-də "rəhbər" vəzifə tutan Mürvet Gülsever öldürülüb.
"Jiyan Herdem" kod adlı terrorçunun 1992-ci ildən təşkilatla əməkdaşlıq etdiyi bildirilir.
Məlumata görə, o, PKK lideri Abdullah Öcalandan silahla davranma və ideoloji təlimlər alıb.