Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır.
Publika.az xəbər verir ki, bunu Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir:
"Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan yeniyetmənin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.