Səlahiyyətlilər ABŞ-ın Kaliforniya ştatında, Tuolumne çayı boyunca evsizlər tərəfindən qazılmış mağaraları aşkar etdikdən sonra həll yolu axtarırlar.
Publika.az xəbər verir ki, mağaralar çay boyunca təmizlik işləri aparan könüllülər tərəfindən aşkar edilib. Şəhər rəhbərliyinin mağaralarla bağlı əsas narahatlığı odur ki, onlar güclü yağış zamanı çökə, içəridəkilər ölə bilər.
“Bunlardan biri çöksə, fəlakət olar. Mağaraların bəzilərində yataq dəsti, yemək və mebel var idi. Bəzi müvəqqəti sığınacaqlarda narkotik və silah da tapılıb”, - rəsmilər bildirib.
Kaliforniya İctimai Siyasət İnstitutunun məlumatına görə, Kaliforniyada çox sayda evsiz şəxs var. 2022-ci ilin fevralına olan məlumata görə, ABŞ-da evsiz əhalinin 30 faizi Kaliforniyadadır.
Aysel Şahmar