29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kadırov qan davası elan etdi: Ailənin bütün üzvləri başını...

27 iyn 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Çeçenistan rəhbəri Dağıstana hücumdan sonra terrorçuların ailələrini hədələyib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Ramzan Kadırov qan davası elan edib.

Terror aktı ilə bağlı respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdə Kadırov vurğulayıb ki, terrorda ən kiçik bir şübhə olduqda ailənin bütün üzvləri cəzalandırılmalıdır, çünki o, öz nəslinin hərəkətlərinə görə tam məsuliyyət daşıyır.

"Siz həyata müdaxilə edə bilməzsiniz, bu vəziyyətdə qan davası olacağını başa düşməlisiniz. “Bilmirdim” kimi cavablar qəbul edilmir" - deyə Kadırov vurğulayıb.

Kadırovun sözlərinə görə, əgər respublikada yaşayan ata övladlarının qayğısına qalmırsa və ya onların öhdəsindən gələ bilmirsə, bu şəxs səlahiyyətli orqanlara müraciət etməlidir, o zaman ailəsi məsuliyyət daşımayacaq: "Əgər bunu deməyibsə, başqasının həyatına qəsd edibsə, deməli, başını itirəcək".

Bununla bağlı siyasətçi valideynlərə övladlarına nəzarət etməyi və münaqişə yaranarsa, yerli polis əməkdaşı ilə əlaqə saxlamağı tövsiyə edib.

Kadırov qohumlarını terror ideologiyasının təsirindən qorumağa çağırıb

Həmçinin, Dağıstanda baş verən terror aktından sonra ölkə rəhbəri respublikanın təhlükəsizlik qüvvələrini terrorizm və dini ekstremizmin qarşısını almaq üçün səylərini gücləndirməyə çağırıb.

Çeçenistan rəhbəri respublika sakinlərini terror ideologiyasının zərərli təsirindən qorumaq üçün qohumlarına qarşı xüsusilə diqqətli olmağı xahiş edib.

"Bu məsələdə səhlənkarlıq ciddi faciəvi nəticələrə gətirib çıxara bilər. Və bu, hakimiyyətin və cəmiyyətin birgə səyi ilə aradan qaldırılmalıdır", - deyə Kadırov bildirib.

O vurğulayıb ki, Avropa ölkələrindən gələn radikal ideologiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir.

Terrorçu qardaşlarına görə üzr istədilər

Dağıstanın Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun oğulları qardaşlarının iştirak etdiyi terror aktına görə bağışlanmalarını istəyiblər.

"Hörmətli dağıstanlılar, bacı-qardaşlar, biz Ömərovlar ailəsi baş verənlərə dərindən kədərlənirik. Biz həmişə ekstremizmə, terrora qarşı olmuşuq. Qardaşımızın törətdiyi iyrənc terror aktından zərər çəkmiş bütün şəxslərdən əfv diləyirik. Allah rizası üçün bizi bağışlayın!", - deyə Ömərov qardaşları yalvar-yaxar ediblər.

Bundan əvvəl məlum olmuşdu ki, övladları Dağıstanda terror aktında iştirak etmiş Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun altı qohumu həbs edilib. Əlbəttə ki, söhbətin Ömərovun oğullarından getdiyi aydındır. Onların hamısına 13 sutkaya qədər inzibati həbs verilib.

Qeyd edək ki, Serqokalinski rayonunun keçmiş rəhbərinin özü də həbs cəzası alıb. İlkin məlumatlara görə, məhkəmə onu Mahaçqala küçələrində nalayiq ifadələr işlətdiyinə görə Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsi (“Xırda xuliqanlıq”) ilə təqsirli bilib.

Xatırladaq ki, iyunun 23-də Dağıstanda silsilə terror aktları baş verib. Dərbənd şəhərində pravoslav kilsəsinə və sinaqoqa hücum edilib, Mahaçqalada isə yol polisinin postu atəşə tutulub. Sonradan məlum olub ki, terrorçular arasında Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun övladları - Osman və Adil də olub. Terror aktının qurbanlarının ümumi sayı müxtəlif mənbələrə görə 23 və ya 25 nəfər olub.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur