05.04.25 | Bakı 11.03° C |
08:17:12
Lent :

DİM taksi sürücülərini imtahan edəcək

30 may 2024 14:00
GÜNDƏM
ads

“Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”.

Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur: “Sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.

Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur