12 illik fasilədən sonra ötən ay Türkiyənin Dəməşqdəki səfirliyi açıldı. Hələbdəki Baş konsulluğumuz isə yanvarın 20-də fəaliyyətə başlayacaq.
QÜTB.AZ xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə mətbuata birgə açıqlamasında deyib.
Yeni Suriyada PKK/YPG və İŞİD kimi terror təşkilatlarına yer olmadığını vurğulayan Hakan Fidan Suriya hakimiyyətinə İŞİD-lə mübarizə mövzusunda əməliyyat dəstəyi təklif etdiklərini deyib.
"Kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi iştiraka qədər bu sahədəki imkanlarımızı istifadə etməyə hazırıq. Yeni hökumətin terrorla mübarizə sahəsindəki əzmkarlığından məmnunuq", - deyə H.Fidan vurğulayıb.
Xatırladaq ki, Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibaninin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti Türkiyədə səfərdədir. Əsaad Həsən əl-Şibani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.