07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Deputat tətil vaxtı seçicilərlə görüşə getdi - FOTO

07 avq 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Milli Məclisin deputatı Novruzəli Aslanov 07 avqust 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri ilə görüş keçirib.

Qutb.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Qalınçaq kəndində baş tutub. Görüşdə yaxınlıqda yerləşən Göytəpə kəndinin sakinləri də iştirak ediblər.
       
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
       
Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Qalınçaq və Göytəpə kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur