Dağıstanda terror aktları qurbanlarının sayı 20 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb.
Onların arasında 15 hüquq-mühafizə orqanı əməkdaşı, Dərbənddəki pravoslav kilsəsinin bir keşişi və mühafizəçisi və kimliyi hələ müəyyən edilməyən üç nəfər var.
22 qurban müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalardadır. Daxili İşlər Nazirliyi beş terrorçunu məhv edib.
İyunun 23-ü axşam saatlarında silahlı yaraqlılar Dağıstanın iki şəhərində eyni vaxtda hücumlar həyata keçirib. Dərbənddə onlar Müqəddəs Üçlük bayramı şərəfinə mərasim keçirilən pravoslav kilsəsinə hücum etdilər. Bundan əlavə, terrorçular yerli sinaqoqa hücum ediblər - onlar onu yandırıblar və yanğın bütün binanı bürüyüb.
Mahaçqalada təxminən eyni vaxtda terrorçular yol polisi postunu atəşə tutublar.
Tural