29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

COP29-un verdiyi töhfələr: Açıq etiraf etmək lazımdır ki... - Ekspert RƏYİ

25 noy 2024 16:14
GÜNDƏM
ads
Advertisement

Bir çox gözləntilərin əksinə olaraq, nəhayət Qlobal Cənubdakı inkişaf etməkdə olan ölkələr üçün yeni qlobal iqlim maliyyələşdirmə hədəfi barədə razılıq əldə edildi.


Bu barədə Almaniya müdafiə nazirinin keçmiş müavini və ölkənin aparıcı enerji ekspertlərindən biri olan Fridbert Pflüger yazıb.


“Bakıda keçirilən COP29 Azərbaycan görüşünün nəticələri təsirlidir. Bir çox gözləntilərin əksinə olaraq, nəhayət Qlobal Cənubdakı inkişaf etməkdə olan ölkələr üçün yeni qlobal iqlim maliyyələşdirmə hədəfi barədə razılıq əldə edildi: dövlət və özəl vəsaitlərdən 1,3 trilyon dollar”, – o qeyd edib.


Sözügedən tədbirin ölkəmizdə keçirilməsi nə  qazandırdı və qazandıracaq?


Bu barədə QUTB.AZ-a açıqlama verən iqtisadçı ekspert Emin Qəriblinin sözlərinə görə, COP29-u yüksək qiymətləndirmək lazımdır:

"Qəbul olunan qərar bütün inkişafda olan ölkələr, xüsusən də, Asiya ölkələrinin maraqlarına cavab verir. Hesab edirəm ki, çox uğurlu oldu, hətta 2 dəfədən çox məbləğ artırılıb. Açıq etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatlar inkişaf etmiş ölkələr tərəfindən təşkil olunur və onların maraqlarına cavab verir. Çox vaxt formal xarakter daşıyır. Ola bilsin ki, problemlər vurğulanır, amma indiki kimi təkidlə tam araşdırıb önə çıxarmaqla həll olunmur. Burada inkişaf etmiş ölkələrin payı artmalıdır və əks halda belə davam etsə, dayanıqlılıq da, iqlim dəyişikliyi də baş verə bilər. COP29-un Azərbayacana təsiri isə kifayət qədər çoxdur".




Ekspert Azərbaycanda dayanıqlı inkişafa dair xüsusi standartlardan və COP29-un töhfələrindən danışıb:


"Əksər ölkələr bu kimi tədbirlərin keçiriləcəyini 1-2 il öncədən deyirdilər, amma bizə bir neçə ay bundan öncə dedilər. Ona rəğmən bu dövr ərzində bizim dayanıqlı inkişafa dair xüsusi standartlar var. ESC (Avropa Həmrəylik Korpusu) deyilən platforma yaradılıb. Orda müəssisələr öz hesabatlarını yerləşdirmək hüququna malikdirlər. Əslində COP29 keçirilməsəydi, bəlkə də bu standartlar hələ olmazdı. Mən bilavasitə tədbirdə, görüşlərdə iştirak etdim. Müşahidələrimə görə, hətta inkişaf etmiş ölkənin 2 böyük müəssisəsi məhz COP29-da görüşüb müqavilə imzaladılar. İstər bizim gənclərimizin bu tədbirdə iştirakı, istər iri müəssisələrimizin təşkilatda imzaladığı sənədlər bizim üçün çox uğurlu idi. İqlim dəyişiklikləri, "Yaşıl" enerji sahəsində gələcəkdə ixtisaslaşmaq istəyirik. Bu baxımdan COP29-un təsirini yaxın illərdə hiss edəcəyik. Eyni zamanda atdığımız addımlar dünyada da müsbət tərəfdən çox müzakirə olunacaq. Həmçinin gələcəkdə digər daha iri tədbirlərin keçirilməsi də məhz tövsiyə olunacaq və inkişaf etmiş ölkələr də bunun tərəfdarı olacaq".


Teglər
Müəllif : Aynur Babayeva
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur