Con Kerri MSNBC telekanalında etiraf edib ki, o, ABŞ prezidentinin iqlim məsələləri üzrə elçisi vəzifəsini tərk etdikdən sonra hökumət xidmətinə qayıdacaq .
Publika.az xəbər verir ki, Amerika diplomatiyasının bu veteranı jurnalistin dövlət qulluğuna qayıdıb-qayıtmayacağı ilə bağlı sualına cavabında “Allahın köməyi ilə özümü sağlam və enerji dolu hiss etsəm” deyib.
O, ailəsi ilə vaxt keçirmək istədiyini də bildirib.
Mart ayında “The Hill” qəzeti Kerrinin mətbuat katibinə istinadla yazıb ki, o, martın 6-da vəzifəsini tərk etməlidir.
Son zamanla məlum olub ki, ABŞ prezidenti Co Bayden Kerrinin yerinə Con Podestanı təyin etmək niyyətindədir.
Bundan əvvəl Kerrinin Baydenin seçki kampaniyasına kömək etmək üçün 2024-cü ilin qışında vəzifəsini tərk edəcəyi bildirilirdi .
Hüseyn İbadlı