Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - "Vagaclub"un 30 nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi səyyahlar Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.
Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək, eyni zamanda uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.
Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə tutulub.