Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında qeyd edilib.
"Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər", - paylaşımda bildirilib.