Türkiyəli aktrisa Demet Özdemir aldığı yeni reklam təklifi ilə gündəmə gəlib.
QÜTB.AZ xəbər verir ki, aktrisanın mebel şirkəti ilə müqavilə imzaladığı bildirilir.
Demet şirkətin bir neçə reklam roliki üçün kamera qarşısına keçəcək. Bunun müqabilində aktrisa ümumilikdə 25 milyon lirə (1 milyon 242 min 500 manat) qonorar əldə edəcək.
Qeyd edək ki, Demetin eyni zamanda "Cinlerin düğünü" adlı filmin çəkilişlərinə hazırlaşdığı və 1 ay Ərzincan şəhərində qalacağı bildirilir.