Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
QÜTB.AZ xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.
Qeyd edək ki, söküntü işləri başladığı üçün bu gün saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.