29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu vətəndaşlar dələduzluğa daha çox məruz qalırlar - DİN-dən XƏBƏRDARLIQ

14 iyn 2024 15:00
GÜNDƏM
ads

Vətəndaşlara yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı kütləvi zənglər edilir.

Publika.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunur ki, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları - övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər. Cinayətkar şəxslər və qruplar tərəfindən, əsasən, ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.

Bunları nəzərə alaraq, DİN-dən diqqətə çatdırılıb ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur