Türkiyədə yerli sakin bankda növbəyə durmamaq üçün bomba barədə polisə saxta məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Hadisənin Kırşehirdə baş verdiyi bildirilir. Şübhəli şəxs saxlanılıb.
“Adam növbədə çox dayandığı üçün banka bomba qoyulduğu barədə məlumat verib. O, polis tərəfindən saxlanılıb, törətdiyi əməli etiraf edib və əlavə edib ki, bu əməli uzun müddət növbə gözləməsindən yaranan qəzəbdən törədib”, - deyə telekanal qeyd edib.
Tural