Ermənistanda "miatsum"un 36-cı ilininin qeyd edilməsi növbəti dəfə separatizmin alovlanmasına xidmət edir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
O qeyd edib ki, Ermənistanda separatçılığın təbliği tək Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə yaradır:
"Ona görə də, bu məsələ ətrafında beynəlxalq birliyin diqqəti daha çox cəlb edilməlidir. Bakı bu gün beynəlxalq tədbirlərin ev sahibidir. Biz bu tədbirlərdə də Ermənistanın növbəti dəfə separatizmə olan dəstəyinin mahiyyətini çatdırmalıyıq".