Sağlamlıq mütəxəssisi Canan Karatayın tez-tez tövsiyə etdiyi təbii qidalar həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Publika.az xəbər verir ki, Canan Karatay yeni açıqlamasında beyni gücləndirən və zəka səviyyəsini yüksəldən qidanın adını çəkib.
Bu qidanı xüsusilə səhər yeməyində qəbul etmək lazımdır. Bunu keçmişdə qadınların doğuşdan sonrakı dövrdə istehlak etdiyi də vurğulanıb.
Canan Karatayın super qida adlandırdığı təamı təqdim edirik:
İsrarla tövsiyə etdiyi bu yemək qaynadılmış yumurtadır. Fərqli faydalı elementləri özündə birləşdirən yumurta zehni inkişafa müsbət təsir edir.
Karatayın açıqladığı məlumata görə, körpənin inkişafı üçün yumurta istehlakı tövsiyə edilir:
“Qaynadılmış yumurta beynin inkişafına töhfə verir və qocalmasını gecikdirir. Qaynadılmış yumurtadan tam şəkildə faydalanmaq üçün onun ağını və sarısını birlikdə qəbul etmək lazımdır”.
Aysel Şahmar