Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 98 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***
Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Öncəki açıqlamada saxlanılanların sayının 42 olduğu bildirilmişdi.
Qeyd edək ki, Ermənistan polisi İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.