29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkənin Rusiya ilə bağlı şok planı üzə çıxdı: 800 min hərbçi...

13 iyl 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Almaniya Rusiya ilə hərbi qarşıdurma zamanı OPLAN DEU əməliyyat planını hazırlayıb.

Publika.az xəbər verir ki, bunu “Der Spiegel” məxfi sənədə istinadən yazıb.

Bütün hazırlıqların 2029-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Berlinin əsas vəzifəsi NATO qoşunlarını yanacaq, ərzaq və dərmanla təmin etməkdir.

Qeyd olunub ki, NATO-nun şərq cinahında vəziyyət gərginləşərsə, Niderland, Belçika və Almaniya limanlarından oraya 800 min əsgər və 200 min ədəd hərbi texnika köçürüləcək. Söhbət təxminən 13 min kilometr uzunluğunda bir sütundan gedir.

A2 avtomobil yolu əsas rol oynayacaq. Bununla belə, Almaniya hakimiyyəti Elba üzərindəki Hohenvarte körpüsündə təxribat baş verəcəyi təqdirdə magistral yol boyu hərəkətin tamamilə iflic olacağından ehtiyatlanır.

İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Consonun əvvəllər qeyd etdiyi kimi, Rusiya ilə NATO arasında tammiqyaslı münaqişə qaçılmaz deyil və Rusiya hakimiyyəti başa düşür ki, onlar qalib gələ bilməyəcəklər. Onun sözlərinə görə, Moskva Şimali Atlantika Alyansındakı müttəfiqlərini parçalamağa çalışır.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur