Hərbi kadr qıtlığı yaşayan Almaniya gözünü ölkədəki əcnəbilərə dikib. Hökumət türkcə muzdlu broşürlər nəşr edir, yaxşı maaş və vətəndaşlıq vəd edir. Lakin əcnəbilərin hərbi xidmətə çağırılması üçün ilk növbədə Almaniya vətəndaşlığını tənzimləyən 116-cı maddəyə dəyişiklik edilməlidir.
Publika.az xəbər verir ki, Berlin rəhbərliyi əcnəbi işçi qəbul etməklə Almaniya ordusundakı boşluğu aradan qaldırmağı hədəfləyir.
Bildirilir ki, Almaniya ilk növbədə ölkədə yaşayan, lakin hələ vətəndaşlıq almamış türkləri işə götürmək üçün diqqət mərkəzindədir.
Ancaq əcnəbilərin hərbi xidmətə çağırılması üçün Almaniya Konstitusiyasına dəyişikliklər edilməlidir. "Haber Global"a açıqlama verən Mecklenburq Əyalət Mühacirət Nümayəndəsi Şeyhmus Atay Almaniyada əcnəbilərin orduya cəlb edilməsi ilə bağlı müzakirələrdən danışıb. Atay Almaniya Konstitusiyasında edilməsi lazım olan tənzimləmələr haqqında da məlumat verib.
"Xüsusilə türklərin sıx yaşadığı Berlin, Hamburq, Düsseldorf, Münxen kimi şəhərlərdə türk dilində reklamlarla onları orduya cəlb etməyə çalışırlar. Bunun üçün xüsusi kampaniyalar aparılır. Almaniya administrasiyası hesab edir ki, ölkədəki 12 milyon əcnəbidən bəzilərini işə götürə bilərlər. Halbuki konstitusiyanın 116-cı maddəsində hərbi xidmət bölmələrində "almanlar xidmət edə bilər" yazılıb. Qanun dəyişikliyi hakim partiya dəstəkləyib, deyirlər ki, "Hərbi xidmət haqqında” qanunu dəyişmək asandır, dəyişdirə bilərik", - Ş. Atay qeyd edib.
Qanun dəyişikliyini tənqid edən Atay qeyd edib ki, Almaniya hökuməti səsvermə hüququna görə qanunu dəyişmədiyi halda, hərbi xidmətə görə dəyişikliyə hazırlaşır.
Almaniyanın keçmiş müdafiə nazirlərindən Frans Yozef Yunq son açıqlamasında planla bağlı məlumat verib və ölkədə alman ordusuna qatıla biləcək ən uyğun əcnəbi qrupun türklər olduğunu bildirib.
Murad