Metroda qatarların hərəkətində
İlham Əliyev Xankəndindəki tarixi oyunu stadiondan izləyəcək
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında yayılan korrupsiya, rüşvət və oğurluq iddiaları ilə bağlı açıqlama verib.
Qutb.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Bağçalı bildirib ki, bu cinayət iddiaları çərçivəsində həbsdə olan Ekrem İmamoğlunun işi üzrə məhkəmə prosesi dərhal yekunlaşdırılmalı və cəmiyyətin vicdanına uyğun qərar verilməlidir:
“İstanbul Böyükşəhər Bələdiyyəsini əhatə edən oğurluq, rüşvət və korrupsiya ittihamları ilə əlaqədar Silivri Cəzaevində saxlanılan şübhəli Ekrem İmamoğlu ilə bağlı məhkəmə işləri təcili şəkildə araşdırılıb nəticələndirilməlidir. Şahid ifadələri, aydın və gerçək sübutlarla birlikdə digər məlumat və sənədlərin də məhkəmə sənədlərinə tam şəkildə əlavə olunması ilə istintaq mərhələsi başa çatmalı, İmamoğlu günahsızdırsa bəraət almalı, əgər günahkardırsa, cəzası ən qısa zamanda və cəmiyyətin vicdanına uyğun şəkildə təmin edilməlidir”.
MHP lideri, həmçinin mediada və sosial şəbəkələrdə bu məsələ ilə bağlı səsləndirilən fikirləri də tənqid edib:
“Xalqımız televiziya ekranlarında, qəzet səhifələrində və sosial mediada səhər-axşam özünü haqlı göstərməyə çalışan təqsirləndirilən şəxslə bağlı mənasız fikir və paylaşımları izləməyə və dinləməyə məcbur deyil”.