Bu gün bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, "Xudat" QPS-nin "Qaz İxrac" İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar 14 iyun 2024-cü il tarixində saat 10:00-dan 17:00-dək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır. Həmçinin paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar 14 iyun 2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.
Bu müddət ərzində Nizami rayonu üzrə Qara Qarayev, Naxçıvanski, Bəhruz Nuriyev, Babək və İlham Məmmədov küçələrinin Səbail rayonu üzrə Bayıl qəsəbəsinin Buxta küçəsinin, Xətai rayonu üzrə isə Oksigen, Q.Məmmədov, Zığ yolu, Sadıqcan, Cavanşir, R.Quluyev, Kombinant küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.