TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.
Bildirilib ki, 14.10.2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:
"Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb".
Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.
Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.
--------
18:01
Sumqayıtda qripə yoluxan 16 yaşlı yeniyetmə ölüb.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.
Məlumata görə, İ. Sadıqov dünən qripə yoluxub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.
Milli.Az