"Bayern" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir.
Publika.az "Sport.es"ə istinadən xəbər verir ki, Münxen klubu "Benfika"nın portuqaliyalı müdafiəçisi Antonio Silvanı heyətinə qatmaqda maraqlıdır. "Qartallar" 20 yaşlı istedadın transfer dəyərini 100 milyon avro qiymətləndirib. "Pivəçilər" bu məbləği ödəməyə hazırdırlar.
Avropanın bütün böyük klubları Silvanı izləyir. Lakin Lissabon komandasının son oyunlarına skautlarını göndərən "Mançester Yunayted" bu məsələdə konkret addımlar atmağa çalışır.
Heybət