İyulun 11-də İranın 15 əyalətində iş olmayacaq.
Publika.az İran mətbuatına istinadən xəbər verir ki, elektrik enerjisi istehsalı və istehlakında tarazlığın pozulması, yüksək temperatur və rekord istehlak səbəbi ilə müəssisələrdə, həmçinin dövlət orqanlarında işlər dayandırılır.
Xatırladaq ki, daha öncə İranda havaların kəskin istiləşməsi ilə əlaqədar ölkənin 9 əyalətində dövlət idarələrində tətil elan edildiyi bildirilmişdi.