Fransanın bir şəhəri smartfon zəbtinin qarşısını almaq üçün əlamətdar addım atıb.
Publika.az xəbər verir ki, ötən həftə 2 mindən az insanın yaşadığı Sen-Portda referendum keçirilib. Camaat ictimai yerlərdə smartfonlardan istifadəni məhdudlaşdırmaq istəyib.
Belə ki, qəsəbədə, küçədə gedərkən, kafe və ya restoranlarda yeyib-içərkən və ya uşağı məktəbin qapısında gözləyərkən telefondan istifadə etmək kağız üzərində qadağan edilib.
Qərarda uşaqlardan gün ərzində, yemək yeyərkən və gecə yatmazdan əvvəl telefondan istifadə etməmələri xahiş olunub. Yolunu azanlardan elektron xəritədən istifadə əvəzinə ətrafdakılardan soruşmaları xahiş olunur.
Roza Şəfiyeva