Böyük Britaniyadakı “Just Stop Oil” ekoloji qrupunun fəalları UNESCO-nun Ümumdünya İrs Siyahısına düşən məşhur “Stounhenge” abidəsini hədəf alıblar.
Publika.az xəbər verir ki, iki fəal paytaxt Londondan 130 kilometr qərbdə yerləşən bu abidəyə narıncı toz boya səpib.
Qrupun verdiyi açıqlamada 4 iyulda keçiriləcək seçkilərdən sonraki yeni hökumətdən 2030-cu ilə qədər qalıq yanacaqların ləğv edilməsi üçün qanuni razılaşma imzalaması tələb edildiyi qeyd olunub.
İki fəalın saxlanıldığı bildirilir.
Roza Şəfiyeva