02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Nümayişçilər keçmiş baş nazirin hakimiyyətə qayıtmasını tələb etdi

14 fev 2024 18:00
GÜNDƏM
ads
Advertisement

“Əl-Müstəqbəl” sünni hərəkatının yüzlərlə tərəfdarı Livanın paytaxtı Beyrutun mərkəzində keçirilən mitinqdə liderləri, keçmiş baş nazir Səəd Həririnin hakimiyyətə qayıtmasını tələb ediblər.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Məhəmməd Əmin məscidi yaxınlığında keçirilən aksiyanın iştirakçılarından biri məlumat verib.

“Leysan yağışına baxmayaraq, yüzlərlə nümayişçi şəhərin mərkəzinə toplaşıb. Onlar şüarlar səsləndirərək keçmiş baş naziri siyasi fəaliyyətə qayıtmağa və maliyyə çöküşündən sonra ölkənin dirçəliş prosesinə rəhbərlik etməyə çağırıblar”, - mənbə qeyd edib. Onun sözlərinə görə, aksiya Həririnin sünni icmasının əsas siyasi lideri olaraq qaldığını göstərmək məqsədi daşıyıb.

Sabiq baş nazir 2005-ci il fevralın 14-də terror aktının qurbanı olmuş atası, livanlı siyasətçi Rafiq Həririnin ölümünün 19-cu ildönümünü qeyd etmək üçün Dubaydan Beyruta gəlib. Paytaxtın mərkəzində, Rafiq Həririnin dəfn olunduğu məkanın məscidin yanında baş nazirin gəlişini böyük izdiham alqışlasa da, o, ictimaiyyət qarşısında danışmaq istəməyib.

Sonra Beytül-Vəsatdakı iqamətgahının yaxınlığında “Əl-Müstəqbəl” tərəfdarları ilə görüşdə o, siyasi səhnəyə qayıtmaq fikrində olmadığını açıq şəkildə bildirib. “Harada olsam da, əzab çəkən Livan xalqını unutmuram. Ümid edirəm ki, vaxt gələcək və vəziyyət düzələcək. Ölkənin qayğısına qalın, qoyun onun nəbzi atsın”, - Səəd Həriri deyib.(report.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur