Vaşinqtonda yerli hakimiyyət gözlənilən qar fırtınası ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Amerika paytaxtının meri Muriel Bauzerin ofisi məlumat yayıb.
Fövqəladə vəziyyət yanvarın 5-i elan edilib və yanvarın 7-si daxil olmaqla, qüvvədə qalacaq. Yerli hakimiyyət orqanları avtomobil sahiblərini məcburi təxliyə ilə hədələyərək, təcili marşrutlar boyunca dayanacaqları təqdirdə avtomobilləri çıxarmağa çağırıb.
Hüseyn İbadlı
                
                        
                                                    
                                
                        
                        
                        
                        
                    
                    
                    