02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Daha bir qadın məşhur reperi təcavüzdə ittiham etdi: Məcbur edib ki...

24 may 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Dünya şöhrətli məşhur reper P.Didi növbəti dəfə təcavüzdə ittiham olunub.

Publika.az xəbər verir ki, şikayətçi 51 yaşlı Aprel Lampros Nyu York dairəsinin Ali Məhkəməsində təcavüzlə bağlı iddia qaldırıb.

Onun sözlərinə görə, 30 il əvvəl reper ona moda aləmində təbliğat aparmağa kömək edəcəyinə söz verib. Qadın iddia edir ki, məclislərin birində P.Diddi onun sərxoş vəziyyətindən yararlanaraq təcavüz edib. Hadisə zamanı zərərçəkən huşunu itirib.

İddiaçı bildirib ki, hadisədən sonra reper ona hədiyyələr göndərərək münasibəti bərpa etmək istəyib. Musiqiçi onu seksual xarakterli zorakı hərəkətlərə şantaj etdiyinə görə qadın onunla görüşə razı olub. Bundan əlavə, Lampros reperin ona narkotik verdiyini və onu qarşısında başqa bir şəxslə intim münasibətdə olmağa məcbur etdiyini bildirib.

Qey edək ki, bir müddət əvvəl reperin keçmiş sevgilisi Kassandra Ventura musiqiçi tərəfindən cinsi zorakılığa məruz qaldığını vurğulayıb.

P.Didi günahını boynuna alıb, həmçinin psixoloji problemləri olduğunu və bu səbəbdən reabilitasiya keçdiyini vurğulayıb.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur