29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu Avropa ölkəsi tələb etdi: SEPAH-a da sanksiya tətbiq edilməlidir

23 apr 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Avropa İttifaqı Şurasının sədr ölkəsi olan Belçika Avropanın İrana tətbiq edəcəyi yeni sanksiyalarla bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadja Ləhbib deyib ki, Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar İranın 13 apreldə İsrailə hücumuna cavab olaraq İran İnqilab Keşikçilərini də əhatə etməlidir.

Lüksemburqda keçiriləcək Aİ nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlama verən Ləhbib əlavə edib ki, İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı sayılan qurumlar siyahısına hansı hüquqi əsaslarla əlavə oluna biləcəyi ilə bağlı hələlik fikir birliyi yoxdur.

“Bunu birlikdə müzakirə etməliyik. Fələstinin İordan çayının qərb sahilində zorakılıq edən məskunlaşanlara qarşı sanksiyaları genişləndirməliyik. Balanslı olmalıyıq və əmin olmalıyıq ki, bizi ikili standartlar tətbiq etməkdə ittiham etmirlər”.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-də Aİ-yə sədrlik vəzifəsini İspaniyadan götürən Belçika iyun ayına qədər bu vəzifəni icra edəcək.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur