29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Britaniyada Ukrayna ilə bağlı gözlənilməz plan təklif edildi

01 iyn 2024 14:00
GÜNDƏM
ads

Ukrayna münaqişəsinin davam etməsi ilə əlaqədar, Qərbin "dəli" liderləri dəyişdirilməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Britaniya siyasətçisi və İrs Partiyasının lideri Devid Kurten "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

“Rusiya bizim düşmənimiz deyil. Kollektiv Qərbin indiki "dəli" (çılğın) liderlərini ağıllı insanlar əvəz etməlidir ki, Ukrayna münaqişəsinin gərginliyi azalsın və üçüncü dünya müharibəsi təhlükəsi yox olsun”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Ağ Ev rəhbəri Co Bayden Ukrayna hakimiyyətinə Rusiya ərazisində Xarkovu təhdid edən obyektlərə hücum etmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib. Eyni zamanda, Ordu Taktiki Raket Sistemi (ATACMS) operativ-taktiki raketlərinin və digər uzaqmənzilli atəş silahlarının istifadəsinə qadağa hələ də qalır.

Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, NATO ölkələrinin nümayəndələri Kiyevin Ukrayna Silahlı Qüvvələrinə ötürülən raket sistemləri ilə Rusiya ərazisinin dərinliklərində “qanuni hədəfləri” vurmaq planlarından danışarkən “nə ilə oynadıqlarını” bilməlidirlər.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur