İspaniyanın paytaxtı Madriddə Kraliça Sofiya Muzeyinin çöl hissəsindən “Ağlayan fələstinli uşağın fotosu” asılıb. Təxminən 60 kvadratmetr ölçüsündə olan fotoda Qəzzada baş verənlərlə bağlı dünyaya “Bizi eşidə bilirsinizmi?” sualı verilir.
Publika.az xəbər verir ki, fotonu qəzzalı fotojurnalist Belal Xalid çəkib. Həmin şəkil Fələstin xalqının başına gələn ölümü, ağrını və dağıntıları simvollaşdırır. Əslində bu, dünyaya veriləcək bəşəriyyət mesajı üçün bir fotoşəkildən daha çoxunu təmsil edir.
İspan aktivistlər öz hərəkətləri ilə “Fələstində dərhal atəşkəs” kimi mesajlar veriblər.
Aysel Şahmar