Federal Təhqiqatlar Bürosu (FTB) Pensilvaniya ştatında keçirilən aksiyanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa "sui-qəsd cəhdi" adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazıb.
Qeyd edilib ki, FTB atışma ilə bağlı vəziyyətin araşdırılmasında aparıcı rol oynayıb.
Açıqlamada qeyd edilir ki, FTB hadisədən dərhal sonra təhqiqata başlayıb və bunun üçün bütün mövcud resurslardan istifadə edir. Eyni zamanda, mütəxəssislər ABŞ Məxfi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq etmək niyyətindədirlər.
“FTB Trampla bağlı insidentin təhqiqatında aparıcı federal hüquq-mühafizə orqanı rolunu öz üzərinə götürüb”, - məlumatda deyilir.
Büro nümayəndələri həmçinin hadisə ilə bağlı faydalı məlumatı olan hər kəsi qaynar xəttə zəng etməyə çağırıb.
Hüseyn İbadlı