Türkiyəli model və aparıcı Ebru Şallıdan boşanmaq üçün məhkəməyə müraciət edən viş adamı Uğur Akkuş bu qərarından vazkeçib.
QÜTB.AZ xəbər verir ki, noyabrın 29-da boşanması gözlənilən cütlük barışdıqlarını elan edərək hamını təəccübləndirib.
Akkuş sosial şəbəkə hesabında bu evliliyə bir şans daha verdiklərini açıqlayıb:
"Bu gün Beykoz 1-ci Ailə Məhkəməsində açdığım boşanma davasını geri götürdüm. Evliliyimizə və münasibətimizə bir şans daha verməyə qərar verdik. Uğurlar".
Maraqlıdır ki, Ebru Şallı isə məsələ ilə bağlı özünün "Instagram" hesabında heç bir paylaşım etməyib.
Qeyd edək ki, Ebru Şallı ilə Uğur Akkuş 2019-cu ildə ailə hayatı qurub. Akkuş bir müddət öncə həyat yoldaşı ilə bağlı "Hər şey pul və maddiyyat imiş" kimi ittihamlar səsləndirərək boşanacaqlarını elan etmişdi.