Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell dünən İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasının liderlərindən olan Məhəmməd Raad ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.
Borrelin qrup nümayəndəsi ilə görüşü Livanın İsrail və HƏMAS arasında müharibəyə cəlb edilməməsi səylərinin bir hissəsi kimi baş tutub.
Aİ-dəki mənbə çərşənbə axşamı İsrailin Beyruta ehtimal edilən zərbəsindən sonra HƏMAS liderinin öldürülməsinə cavab olaraq "Hizbullah" yaraqlılarının İsrail hərbi bazasını atəşə tutmasından bir neçə saat sonra baş tutan görüşü təsdiqləyib.
Mənbənin sözlərinə görə, Aİ “yerdə vəziyyətə təsiri olan və ya onunla maraqlanan bütün müvafiq siyasi nümayəndələrlə diplomatik dialoq aparır”.
Bir gün əvvəl Borrell həmçinin Livanı İsrail və HƏMAS arasında münaqişəyə cəlb etməmək barədə xəbərdarlıq etmişdi.
Aİ-nin yüksək səviyyəli diplomatının bəyanatı, müharibənin təsiri və İsrail-Livan sərhədindəki vəziyyət də daxil olmaqla, Qəzza və ətrafındakı hadisələri müzakirə etmək üçün Livan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə danışıqlardan sonra verilib.
Cəmilə