03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Yandırılmış "Crocus City Hall"la bağlı YENİ XƏBƏR

30 iyn 2024 01:00
GÜNDƏM
ads

"Crocus Group" terror aktından sonra yanan Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalının xarici konturunu bərpa etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Şirkətin bildirilib ki, konsert zalının yerləşdiyi binanın sahəsi 400 min kvadratmetrdir. Bunun da 10 min kvadratmetri yanmış dam və xarici konturdur.

Qeyd edib ki, yaxınlıqda hər gün çoxlu sayda insanın ziyarət etdiyi digər obyektlər də var. Buna görə də şirkət strukturun insanlar üçün təhlükə yaratmaması məqsədi ilə xarici konturu təmir etmək istəyir.

Hazırda terror aktı qurbanlarının xatirəsinə abidənin yaradılması və ya binanın bərpası ilə bağlı yekun qərar yoxdur.

Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bəyan etmişdi ki, yandırılmış “Crocus”un yerində konsert zalının təmiri nəzərdə tutulmur.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur