BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 12 əməkdaşına qarşı irəli sürülmüş ittihamlar araşdırılır.
Publika.az-ın ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında deyib.
Sözçü bildirib ki, təhqiqatın mümkün qədər tez və səmərəli şəkildə aparılmasını təmin etmək üçün BMT kompleks tədbirlər həyata keçirir: "UNRWA-nın bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra BMT təcili tədbirlər görüb və bununla bağlı BMT-nin Daxili Nəzarət Xidmətləri Ofisinin (OIOS) araşdırması dərhal işə salınıb. Terror aktlarında iştirak edən hər bir işçi cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq və baş katib normal prosedura uyğun olaraq şəxsləri təqib etmək üçün səlahiyyətli orqanla əməkdaşlığa hazırdır".
Qeyd edək ki, UNRWA-nın 12 əməkdaşının oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı törətdiyi terror hücumlarında iştirakda ittiham olunur. BMT Baş Assambleyasının 8 dekabr 1949-cu il tarixli qətnaməsi ilə fələstinli qaçqınlar yardım üçün yaradılmış UNRWA-nın bölgədə 13 000 əməkdaşı var və son bir neçə ayda qurumun maliyyələşdirilməsi 17 ölkə tərəfindən dayandırılıb.