Birləşmiş Millətlər Təşkilatı (BMT) İŞİD-in hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib.
Publika.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında təşkilatın baş katibinin hazırladığı son İŞİD hesabatı ilə bağlı iclas keçirilib.
İclasda danışan BMT antiterrorizm ofisi baş katibinin müavini Vladimir Voronkov bildirib ki, təşkilatın əməliyyat imkanları üzv ölkələrin əldə etdiyi əhəmiyyətli irəliləyişlə məhdudlaşdırılıb.
Voronkov İŞİD-in daha əvvəl yüz milyonlarla ifadə edilən maliyyə ehtiyatlarının 10-25 milyon dollara qədər azaldığını bildirib.
Voronkov üzv ölkələrin əldə etdiyi əhəmiyyətli irəliləyişlərə baxmayaraq, İŞİD-in ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyi hələ də təhdid etdiyini vurğulayıb.
Roza Şəfiyeva